AZ   EN   РУ









Haqqımızda

  Mərkəzin məqsədi regionlarda kiçik və orta sahibkarlıq müəssisələrinə  informasiya, məsləhət və müasir tələblərə cavab verən tədris xidmətlərinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.Mərkəz cənub regionunda yüksək keyfiyyətli təlimlər həyata keçirmək  istiqamətində səmərəli iş aparmaq üçün müasir kompüter avadanlıqları, əyani və texniki vasitələrlə təchiz olunmuşdur. Azərbaycanın cənub regionunda biznes qurmaq istəyənlərə və sahibkarlara məsləhət-informasiya xidmətləri göstərmək məqsədi ilə mərkəzin fəaliyyətinin təmin edilməsinə yüksək ixtisaslı və təcrübəli mütəxəssislər cəlb edilmişdir. Mərkəz regionda 2000-dən artıq sahibkarlıq subyektləri ilə mütəmadi əlaqələr quraraq onların maraqlarını, ehtiyaclarını və  üzləşdiyi problemləri öyrənir, iqtisadi təhlillər aparır və regionda biznesin səmərələliyini artırmaq üçün müxtəlif səviyyələrdə təlim,  informasiya  və məsləhət xidmətləri göstərir. Mərkəzin 50 nəfərlik konfrans zalında  müxtəlif təlimlərin keçirilməsi üçün geniş imkanlar vardır. Məqsədimiz  regionda  kiçik və orta sahibkarlıq sektorunda  biznes təhsilini müasir standartlar səviyyəsinə çatdırmaq  və regionda iş adamlarına yüksək səviyyəli xidmətlər göstərməkdir.


İnformasiyalarımız Sizi qane edirmi?