|
|
Regionun biznes imkanlarıCənub İqtisadi Regionuna xoş gəlmisizniz
Lənkəranın əlverişli subtropik iqlim şəraiti, məhsuldar torpaqları, su və kifayət qədər əmək ehtiyatları burada kənd təsərrüfatının müxtəlif sahələrinin və emal müəssisələrinin inkişafı üçün imkanlar yaradır. Tərəvəzçilik, çayçılıq, çəltikçilik, heyvandarlıq, sitrus meyvəçiliyi, arıçılıq, balıqçılıq və taxılçılıq rayon iqtisadiyyatının aparıcı sahələridir.
Rayonda 996 hektar çay plantasiyası, çayın ilkin emalı ilə məşğul olan 5 çay fabriki və 1 çay bükücü fabriki vardir. Çay plantasiyalarını suvarılması üçün su tutumu 55 milyon m3 olan Xanbulançay su dəryaçasınln və stasionar suvarma şəbəkələrinin xidmətlərindən istifadə olunur. “Havzava”, “İstisu”, “Tükəvilə” istehsal kooperativləri və “İslam Tağızadə” kəndli fermer təsərrüfatı biləvasitə çayçılıqla məşğul olur. Rayonda çayçılığın dinamik inkişafını təmin etmək məqsədi ilə bu sahəyə investisiya qoyuluşuna, nümunəvi çay sahələrinin və tinglik təsərrüfatlarının yaradılmaşına başlanmışdır. Rayonda çayçılığının inkişafına “Azərsun Holdinq” və “Beta” şirkətləri sərmayə qoyur. Eyni zamanda çayçılığa daha böyük sərmayə qoyuluşuna ehtiyac vardır. Rayondakı Dövlət toxumçuluq təsərrüfatı və Zona təcrübə təsərrüfatı kənd təsərrüfatı məhsullarının elmi əsaslarla yetişdiriməsinə xidmət göstərir. Hazırda rayonda 2000-dən artıq özəl kiçik və orta sahibkarlıq subyekti əhaliyə xidmət göstərir.Ümumi məhsul istehsalında özəl sektorun payı 81,2 faiz təşkil edir. Lənkəranın füsunkar təbiəti, zəngin flora və faunası, Xəzər dənizi,, Hirkan Milli Parkı , Qızılağac qoruğu, Xanbulançay dəryaçası, tarixi abidələri, ləziz mətbəxi və burada son illər tikilib istifadəyə verilmiş Olimpiya İdman Kompleksi, “Qala” oteli, Qafqaz sahil oteli, Dəniz Limanı, meşəlik ərazidə yerləşən “Xanbulan”, “Bəşəru”, “Palıdlı Sahil”, və digər bu kimi istirahət mərkəziləri regionda turizmin inkişafı üçün geniş imkanlar açır.Həmçinin, xəzərin sahilyanı zonasında və rayonun dag ətəyi ərazilərində xüsusilə, müalicəvi əhəmiyyəti təbii bulaqları olan Haftoni və İsti-su qəsəbələrində turizm komplekslərinin tikintisi və ekoturizmin inkişaf etdirilməsi üçün əlverişli imkanlar vardır. |
|



