|
|
Haqqımızda 2009-cu ilin mart ayından respublikanın 6 regionunda, həmçinin Lənkəranda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyi fəaliyyətə başlamışdır. Məqsəd Bakı Biznes Tədris Mərkəzinin işinin səmərəliliyini artırmaq, eləcə də regionlarda kiçik və orta sahibkarlıq müəssisələrinə informasiya, məsləhət və müasir tələblərə cavab verən tədris xidmətlərinin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Lənkəran nümayəndəliyi cənub regionunda yüksək keyfiyyətli təlimlər həyata keçirmək istiqamətində səmərəli iş aparmaq üçün müasir kompüter avadanlıqları, əyani və texniki vasitələrlə təchiz olunmuşdur. Azərbaycanın cənub regionunda biznes qurmaq istəyənlərə və sahibkarlara məsləhət-informasiya xidmətləri göstərmək məqsədi ilə mərkəzin fəaliyyətinin təmin edilməsinə yüksək ixtisaslı və təcrübəli mütəxəssislər cəlb edilmişdir. Nümayəndəlik regionda 2000-dən artıq sahibkarlıq subyektləri ilə mütəmadi əlaqələr quraraq onların maraqlarını, ehtiyaclarını və üzləşdiyi problemləri öyrənir, iqtisadi təhlillər aparır və regionda biznesin səmərələliyini artırmaq üçün müxtəlif səviyyələrdə təlim, informasiya və məsləhət xidmətləri göstərir. Nümayəndəliyin 50 nəfərlik konfrans zalında müxtəlif təlimlərin keçirilməsi üçün geniş imkanlar vardır. Məqsədimiz regionda kiçik və orta sahibkarlıq sektorunda biznes təhsilini müasir standartlar səviyyəsinə çatdırmaq və regionda iş adamlarına yüksək səviyyəli xidmətlər göstərməkdir. |
|

